Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Bitdi, bu qədər!'' - Kiyev Moskva qarşısında şərt qoyur

''Bitdi, bu qədər!'' - Kiyev Moskva qarşısında şərt qoyur

Tarix: 26 Fevral 2022 09:50

"Ukraynanın paytaxtı Kiyevdə bu gecə yaşananlardan sonra mövqeyimiz dəyişib".

Sonxeber.net TSN-ə istinadən bildirir ki, Ukrayna Prezidenti Aparatının sədrinin müşaviri Mixail Podolyak Rusiya ilə danışıqlarda Kiyevin tutacağı mövqedən bəhs edərkən belə deyib.

"Danışıqlar prosesində mövqeyimiz tam fərqli olacaq. Ukraynanın diqtə edəcəyi şərtlər və mövqelər olacaq. Bundan sonra nələrin olacağını biz şərtləndirəcəyik. Bitdi, bu qədər! Son günlərdəki hadisələrdən, xüsusilə də bu gecə baş verənlərdən sonra kimin kim olduğu, kimin hansı gücə malik olduğu aydınlaşdı", - M.Podolyak deyib.


Etiketlər:  Bitdi qədər Kiyev Moskva qarşısında şərt qoyur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ