Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Bu savaşı dayandırın!'' - Kliçko

''Bu savaşı dayandırın!'' - Kliçko

Tarix: 26 Fevral 2022 20:26

Dünyaca məşhur boksçu, Ukrayna paytaxtı Kiyevin meri Vitali Kliçkonun qardaşı Vladimir Kliçko dünya birliyinə müraciət ünvanlayıb.

Milli.Az Ukrayna mediasına istinadən bildirir ki, o, müraciətində deyib: "Mən Vladimir Kliçkoyam. Bütün dünyaya səslənirəm: Rusiyanın başladığı savaşı dayandırın.

İndi raketlər Kiyevin dinc əhalisin vurur. Günahsız insanlar həlak olur və bu, Avropanın düz ürəyində baş verir.

İndi gözləmək zamanı deyil. Çünki bütün bunlar humanitar fəlakətə səbəb ola bilər. Rusiyanın işğalını dayandırmaq üçün dərhal hərəkət etmək lazımdır.

Təcili olaraq! Sabah gec ola bilər. Lütfən, dayanmayın! Bu savaşı dayandırın!"

Milli.Az


Etiketlər:  savaşı dayandırın Kliçko


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR