Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Omikrondan sonra boğazı və səsi bərpa etmək üsulları AÇIQLANIB

Omikrondan sonra boğazı və səsi bərpa etmək üsulları AÇIQLANIB

Tarix: 27 Fevral 2022 21:36

Omikron boğazı, səs tellərini zədələyir, xəstələr uzun müddət quruluq, qıcıqlanma, öskürək, səs batmasından əziyyət çəkir.

Sonxeber.net aztibb.az-a istinadən bildirir ki, otolorinqoloqlar bu problemlərin həlli yollarını açıqlayıblar.

İndi qış olduğu üçün otaqlar kondinsioner, radiatorlarla isidilir. Bu isə, havanı daha da qurudur. Omikrona yoluxanlar ən azı 2 ay işlədikləri və yatdıqları otaqda havanı nəmləndirməlidir.

Bunun üçün xüsusi cihaz, aparat və püskürdücülər var. Əgər bir şey tapa bilməsəniz, otaqda radiatorların qarşısına, pəncərə kənarına su dolu enli qab, ləyən qoya, suda isladılmış dəsmal və ya mələfəni radiatorun üzərinə sala bilərsiz.

Nəmli, rütubətli hava burun-boğaz selikli qişalarının normal funksiyası üçün vacibdir. Otaqda nəmlik göstəricisi 35-45 faiz olmalıdır.
Omikron boğazın, udlağın arxa divarını zədələyir, səs telləri bağları elastikliyini itirir, səs tutulur.

Xəstələr qismən səs batması yaşayır. Bunun üçün onlar boğaz selikli qişasını bərpa edən spreylərdən istifadə etməli, tez-tez ilıq su içməli, az danışmalıdır ki, səs telləri bərpa olsun.


Etiketlər:  Omikrondan sonra boğazı səsi bərpa etmək üsulları AÇIQLANIB


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ