Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rayona gedən sərnişinlərə vacib xəbər - Avtovağzal rəhbərliyinə müraciət edin - VİDEO

Rayona gedən sərnişinlərə vacib xəbər - Avtovağzal rəhbərliyinə müraciət edin - VİDEO

Tarix: 28 Fevral 2022 16:30

Tovuzdan Gəncəyə gedən sərnişinlər mikroavtobus sürücülərinin onlardan artıq ödəniş tələb etdiklərini iddia edirlər. Mövcud tariflərə əsasən sözügedən istiqamət üzrə hərəkət edən sərnişinlər 1 manat 83 qəpik ödəməlidirlər. Amma sürücülər onlardan hər dəfə 2 manat 50 qəpik-3 manat arasında ödəniş tələb edirlər. Sürücülər isə səsləndirilən iddiaları qəbul etmirlər. Avtovağzal rəsmisi də məsələyə aydınlıq gətirib. 

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, Qazax-Gəncə marşrutu üzrə hərəkət edən mikravtobusların sürücülərinin gediş haqqlarını süni şəkildə qaldırdıqları iddia edilir. Mövcud tariflərə görə Tovuzdan Gəncəyə hərəkət edən sərnişinlər 1 manat 83 qəpik ödəməlidirlər. Amma onlardan artıq pul tələb edilir. 

Sərnişinlərin sözlərinə görə hər dəfə onlardan fərqli ödəniş istənilir...

Sürücülər isə səsləndirilən iddiaları qəbul etmirlər. Onlar deyirlər ki, sərnişinlərdən avtovağzallardan alınan kassa çeki tələb edirlər. Ona görə də süni qiymət artımından söhbət gedə bilməz. 

Tovuz Avtovağzalının dispetçeri də məsələyə münasibət bildirib. Valeh Aslanov bildirib ki, bu kimi halların qarşısını almaq üçün sürücülərə müvafiq tapşırıqlar verilib.  

Valeh Aslanov vurğulayıb ki, mövcud tariflərdən artıq ödəniş tələb edilərsə, sərnişinlər bu haqda avtovağzal rəhbərliyinə məlumat verməlidirlər.

Milli.Az


Etiketlər:  Rayona gedən sərnişinlərə vacib xəbər Avtovağzal rəhbərliyinə müraciət edin VİDEO


RƏYLƏR