Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Fevral 2022 20:32
Portuqaliya çempionatının 24-cü turunda keçirilən "Benfika" - "Vitoriya" matçında (3:0) təsirli anlar yaşanıb.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, oyunun 61-ci dəqiqəsində "Benfika"nın futbolçusu Roman Yaremçuk meydana daxil olarkən göz yaşlarına hakim ola bilməyib.
Çünki 26 yaşlı hücumçu meydana çıxanda azarkeşlər Ukraynaya dəstək nümayiş etdiriblər. Minlərlə azarkeş "Ukrayna" şüarı səsləndirib. Onlar Ukraynaya dəstək pankartları açıblar. Bu isə Yaremçukun göz yaşlarına səbəb olub.
Qeyd edək ki, artıq Avropanın bir çox çempionatında azarkeşlər Rusiyanın hücumuna məruz qalan Ukraynaya dəstək verirlər.