Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Fevral 2022 20:56
Almaniyada fəaliyyət göstərən rusiyalı dirijor Valeri Gergiyevdən Rusiya Prezidenti Vladimir Putinin addımlarını dəstəkləməkdən imtina etməsi tələb olunub.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu barədə "Der Spiegel" nəşri məlumat yayıb. Bildirilib ki, bununla bağlı ultimatum verilən V.Gergiyevə bir sutka vaxt təyin olunub.
Münhenin burqomisteri Diter Rayterin sözlərinə görə, əgər Valeri Gergiyev öz mövqeyini aydın bildirməsə, o, filarmoniyanın baş dirijoru vəzifəsində qala bilməz.
"Эхо Москвы" nəşrinin məlumatına görə bu yeganə belə hal deyil. Milanın "LA Skala" teatrı da eyni tələblə çıxış edib. "Carnegie Hall" isə Valeri Gergiyevlə yanaşı pianoçu Denis Matsuyevin 25-27 fevral tarixlərində baş tutmalı olan üç çıxışı ləğv edib.
Qeyd edək ki, V.Gergiyev 2014-cü ildə də Rusiya Prezidentinin Donetskdəki hərbi əməliyyatlarını dəstəkləmişdi.