Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

COVID-dən xilas yolu AÇIQLANDI

COVID-dən xilas yolu AÇIQLANDI

Tarix: 2 Mart 2022 09:42

"Ölkəmizdə son günlərdə yoluxma sayının aşağı enməsi dalğanın yavaş-yavaş sönməyə başladığının işarəsidir. Əlbəttə ki, hər bir dalğa bəlli bir müddət içərisində alovlandıqdan sonra yenidən sönməyə doğru gedir. Bu tarix boyu bilinən epidemioloji tarazlıqdır".

Milli.Az xəbər verir ki, bu sözləri lent.az-a Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov deyib.

Ölkədəki epidemioloji vəziyyətlə bağlı danışan deputat qeyd edib ki, yaxın vaxtlarda koronavirus adi qrip infeksiyasına çevriləcək:

"Keçən illərlə müqayisədə bu gün yoluxanların sayına nisbətdə ölümlərin miqdarında azalma müşahidə olunur. Bunun ən başlıca səbəbləri, birincisi, son iki il ərzində insanların təbii şəkildə virusa yoluxması və ya peyvəndlənməsi nəticəsində xəstəliyə qarşı immun yaddaşın yaranması, ikincisi, səhiyyə işçilərinin ağır xəstələrlə mübarizə aparmaqda qazanmış olduğu təcrübədir. 

Dünyada vaksinasiya prosesi daha da sürətli və davamlı aparılsa, yaxın gələcəkdə bu xəstəliyi sadə qrip infeksiyası kimi qəbul edib, həyatımıza rahat davam edə bilərik".

Onun sözlərinə görə, xəstəxana daxilində yaranan infeksiyalar vəziyyəti daha da çətinləşdirir:

"İnsanlarda əsas sual yaradan düşüncələrdən biri də ölümlərin hələ də olmasıdır. Bunun səbəbləri araşdırıldıqda müşahidə olunur ki, ölənlər içində peyvənd olunmayan və daha əvvəl bu xəstəliyə heç yoluxmayanlar başda olmaqla, eləcə də yoluxduqdan sonra təşviş və həyəcan içində ehtiyac olmayan dərmanlar, antibiotiklər, digər təhlükəli vasitələrdən istifadə edənlər böyük çoxluq təşkil edir. 

Bundan əlavə, xəstəxanalarda əmələ gəlmiş xəstəxana daxili infeksiyalara yoluxduqda da vəziyyət daha da çətinləşir. Əfsuslar olsun ki, belə xəstələrin müalicəsi çox zaman nəticə vermir. 

Təklif edirəm ki, ağırlaşma halına düşmədikcə xəstəxanalara yatmaq üçün can atmayaq".

Milli.Az


Etiketlər:  COVID dən xilas yolu AÇIQLANDI


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ