Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Mart 2022 18:08
Hər il meşə yanğınları evləri məhv edir və geniş səhra ərazilərini viran qoyur.
Sonxeber.net Euronews-a istinadən xəbər verir ki, havaların getdikcə isti və quru olması səbəbindən yaxın gələcəkdə yanğınların sayı daha da arta bilər.
Yaponiyanın Kitakyuşu şəhəri ərazisində keçən il 10 meşə yanğını baş verib. Onları söndürmək üçün yanğınsöndürənlər köpükdən istifadə edib. Bu köpük 1995-ci ildə dağıdıcı Kobe zəlzələsindən sonra bina yanğınlarını söndürmək üçün hazırlanıb.
Yanğınsöndürən Sakamoto Masaaki xatırlayır: "Zəlzələ səbəbindən çoxlu yanğınlar olub. Amma yanğın hidrantları və quyuları da məhv edib və bizim su götürməyə yerimiz yox idi".
Aslan Məmmədov