Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Kiyev metrosunda oyuncaq ayının içərisindən nə çıxdı? - VİDEO - FOTO

Kiyev metrosunda oyuncaq ayının içərisindən nə çıxdı? - VİDEO - FOTO

Tarix: 2 Mart 2022 19:26

Kiyevdə hüquq-mühafizə orqanlarının əməkdaşları metro stansiyalarından birində bir neçə şəxsi ifşa ediblər.

Milli.Az "Korrespondent"ə istinadən xəbər verir ki, bu barədə Milli Polis məlumat yayıb. Həmin şəxslərin gecələmək və sığınacaqda gizlənmək üçün gəldikləri iddia edilir.

Onların özlərini şübhəli apardıqları üçün polis onlara yaxınlaşıb. Əşyalara hərtərəfli baxış zamanı onlardan biri içərisində döyüş sursatı gizlədilmiş oyuncaq tapıb. İkinci adam da döyüş sursatı daşıyırdı.

Bundan əlavə, eyni metro stansiyasında "messencerlər vasitəsilə Ukrayna Silahlı Qüvvələrinin bölmələrinin mövqelərini Rusiya tərəfinə ötürən" şəxs saxlanılıb", - Ukrayna mediası yazır.

Metroda daha iki kişinin şübhəli davranışı ilə bağlı vətəndaşlar da polisə müraciət ediblər. Baxış zamanı onlardan döyüş sursatı, 4 ədəd maqazin, 1 ədəd "Kalaşnikov" markalı AK-74 avtomatı üçün vuruculu boltlar, 1 ədəd süngü-bıçaq və 5 ədəd kubik narkotik maddə aşkar edilərək götürülüb.

Saxlanılan şəxslər növbəti istintaq hərəkətlərinin aparılması üçün Ukrayna Təhlükəsizlik Xidmətinə təhvil verilib.

Aslan Məmmədov
Milli.Az


Etiketlər:  Kiyev metrosunda oyuncaq ayının içərisindən çıxdı VİDEO FOTO


RƏYLƏR