Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Mart 2022 22:06
Rusiya ilə müharibə başlayandan indiyə qədər Ukraynanı 900 minə yaxın insan tərk edib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə Agentliyinin (BMT Qaçqınlar üzrə Ali Komissarlığı) məlumatında deyilir. Bildirilib ki, Rusiyanın Ukraynaya hücumundan sonra 874 026 nəfərin ölkəni tərk edib.
Qeyd edilib ki, təxminən 454 000 nəfər Polşaya, 116 000 nəfər Macarıstana, 79 000 nəfər Moldovaya ,67 000 nəfər Slovakiyaya və digərləri isə başqa ölkələrə üz tutub.