Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kiyev meri şəhər əhalisinə müraciət etdi

Kiyev meri şəhər əhalisinə müraciət etdi

Tarix: 3 Mart 2022 08:52

Kiyev meri Vitali Kliçko şəhər əhalisinə video-müraciət edib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, o, müraciətində dözümlülük nümayiş etdirdiyinə görə kiyevlilərə təşəkkürünü bildirib:

"Şəhərdə bəzi ərazilərdə bir neçə mərmi həyətlərə düşüb. Allaha şükürlər olsun ki, itki yoxdur. Bir neçə maşın yanıb. Fərdi evlərdən birinə, Podilski rayonunun polis bölmələrindən birinin binasına ziyan dəyib.

Kiyev yaxınlığında döyüşlər davam edir. Düşmən paytaxta çatmağa çalışır. Lakin ukraynalı müdafiəçilər müdafiəni qoruyub saxlayır və paytaxtın kənarında işğalçıları dayandırırlar.

Axşam saatlarında şəhərdə bir neçə partlayış səsi eşidilib. Onlardan biri - ilkin məlumata görə, dəmir yolu stansiyasının ərazisində qeydə alınıb. Hazırda detallar öyrənilir.

Bir daha qeyd etmək istəyirəm: saat 20:00-dan paytaxtda komendant saatıdır. Yalnız Kiyev hərbi komandirinin xüsusi buraxılışları olan avtomobillər hərəkət edə bilər.

Sabah komendant saatından sonra səhər saat 7-dən etibarən Şimal və Darnitski körpüləri sol və sağ sahillər arasında şəxsi və ictimai nəqliyyat üçün açılacaq. Cənub körpüsündən keçid olmayacaq.

Ehtiyac yoxdursa, şəxsi nəqliyyatla şəhərə getməyə ehtiyac yoxdur".

Milli.Az


Etiketlər:  Kiyev meri şəhər əhalisinə müraciət etdi


RƏYLƏR