Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Mart 2022 16:26
Paytaxt küçələrində avtobus zolaqları salınandan problemləri bitmək bilmir.
Hansı ki, bu zolaqlar ictimai nəqliyyatın rahat və maneəsiz gediş-gəlişini təmin etmək üçündür. Ancaq belə zolaqlar olan əksər küçə və prospektlərdə abtobusların hərəkətinə süni maneələr yaradılıb. Özü də vətəndaşlar tərəfindən.
Bu azmış kimi, bəzi avtosalonlar avtobus zolaqlarından parlanma yeri kimi istifadə edirlər.
Oxşaq vəziyyət Əhmədli metrostansiyasının ətrafında, Məhəmməd Hadi küçəsində də hökm sürür.
Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayevin sözlərinə görə, digər nəqliyyat vasitələrinin avtobus zolağı boyunca hərəkət etməsi və ya parklanması intervallarda ciddi ləngimələrə səbəb olur. Bundan da ən çox əziyyət çəkənlərsərnişinlərdir. Qurum rəsmisideyir ki, problemin həlli üçün,xüsusilə, pik saatlarda zolaqlara nəzarət gücləndirilməlidir. Bakı Şəhər baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi Mübariz Ağayev isə xəbər ertəsinə bildirdi ki, qurum sözügedən məsələni həmişə diqqətdə saxlayır və qaydaları pozan sürücülərə qarşı müntəzəm mübarizə tədbirləri görülür.
Sonxeber.net xəzər tv-nin hazırladığı videomaterialı təqdim edir: