Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu ölkədə COVID-19 virusuna yoluxma və ölüm sayında yeni antirekord qeydə alınıb

Bu ölkədə COVID-19 virusuna yoluxma və ölüm sayında yeni antirekord qeydə alınıb

Tarix: 4 Mart 2022 21:12

Cənubi Koreyada COVID-19 virusuna sutkalıq yoluxma və ölüm sayında yeni antirekord qeydə alınıb.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, ötən sutka 266 min 853 yoluxma aşkarlanıb. Yoluxmaların çoxalmasına səbəb daha yoluxucu "omikron" ştamının dominantlıq etməsidir.

Cənubi Koreyanın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin məlumatına əsasən, ötən sutka virus səbəbindən 186 ölüm qeydə alınıb ki, bu da Cənubi Koreya üçün antirekordur. Ağır xəstələrin sayı 797 nəfərdir. Ölkə üzrə xəstəxanalardakı çarpayıların təxminən 50 faizi dolub. Bununla belə, ölüm və ağır xəstə sayının nisbəti çox aşağıdır.

Hökumət yoluxmaların çoxalmasına baxmayaraq, 12 kateqoriya üzrə xidmət sahəsində iş vaxtının bir saat uzadılmasına qərar verib. Məqsəd kiçik biznesə pandemiyanın mənfi təsirini azaltmaqdır. Qərar martın 5-dən 20-dək qüvvədə olacaq.

Qeyd edək ki, Cənubi Koreyada COVID-19 virusuna qarşı vaksinasiya prosesi də davam edir. Əhalinin 86,5 faizi hər iki doza peyvəndi, 61,7 faizi isə "buster" dozanı da qəbul edib.


Etiketlər:  ölkədə COVID virusuna yoluxma ölüm sayında yeni antirekord qeydə alınıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ