Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yevlaxda yarımstansiyanın ərazisində yanğın olub

Yevlaxda yarımstansiyanın ərazisində yanğın olub

Tarix: 8 Sentyabr 2019 09:21

Bakı. Trend:

Yevlax şəhərində “Azərişıq” ASC-yə məxsus 110 kVt olan yarımstansiyanın ərazisində baş verən qısa qapanma nəticəsində ümumi sahəsi 88 m² olan tikilinin içərisində 2 ədəd gücü 10 kVt olan qapalı paylayıcı qurğudan bir ədədi yanıb.

Trend-in Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi məlumata görə, tikilinin içərisində yerləşən 25 ədəd qoruyucu açarlar və 1 ədəd paylayıcı qurğu yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.​

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Yevlaxda yarımstansiyanın ərazisində yanğın olub


RƏYLƏR