Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Meyxanaçılar arasında əlbəyaxa dava - Aydın Baləlini döydü - VİDEO

Meyxanaçılar arasında əlbəyaxa dava - Aydın Baləlini döydü - VİDEO

Tarix: 7 Mart 2022 12:10

Bakıda meyxanaçılar arasında dava düşüb.

Milli.Az bakupost.az-a istinadla xəbər verir ki, Bakıxanov qəsəbəsində keçirilən toy məclislərinin birində söz ustaları arasında sərt deyişmə baş tutub. Rəşad Dağlı Aydın Lökbatanlı bir-birini aşağılayan ifadələr işlədiblər. Meyxanaçı Baləli isə hətta təhqirə keçib.

Toydan sonra restoranın dəhlizində tanınmış meyxanaçı Rəşad Dağlı ilə Aydın Lökbatanlı arasında mübahisə düşüb. Meyxanaçı Baləli Rəşad Dağlını müdafiə etmək istəyib. Bu vaxt Aydın onu döyüb. Rəşad isə ondan ötrü döyülən Baləlinin müdafiə etməyib, hadisə yerindən uzaqlaşıb.

Meyxanaçılar arasında yenidən davanın olacağı bildirilir.

Qeyd edək ki, uzun müddətdir, Rəşadla Aydın arasında problem yaşanır.
Məlumata görə, Rəşad Aydının çağırıldığı məclislərdə iştirak etmir. Bu toya isə Aydının gəlişindən xəbərsiz gedib.

Milli.Az


Etiketlər:  Meyxanaçılar arasında əlbəyaxa dava Aydın Baləlini döydü VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ