Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Mart 2022 08:33
Böyük Britaniyanın Baş naziri Boris Conson Fransa, Almaniya və ABŞ liderləri ilə Ukraynadakı vəziyyətlə bağlı danışıb.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu barədə Britaniya hökumətinin məlumatında bildirilib.
Liderlər Ukrayna ilə həmrəy olduqlarını bildiriblər. Onlar Ukrayndakı hərbi və siyasi vəziyyəti müzakirə ediblər. Qeyd olunub ki, ölkənin gələcəyi ilə bağlı istənilən danışıqda ilk növbədə ukraynalıların ehtiyac və istəkləri nəzərə alınmalıdır.
Baş nazir və digər liderlər Rusiyanın diplomatik və iqtisadi cəhətdən təcrid etmək üçün təzyiqlərə davam etmək barədə razılığa gəliblər.
Liderlər qarşıdakı günlərdə bu formatda görüşü davam etdirmək barədə razılığa gəliblər.