Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Mart 2022 11:54
Ukraynada bir qadının Rusiyaya məxsus PUA-nı pomidor bankası ilə vurduğu barədə məlumatlar yayılıb.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, hadisə Kiyevdə baş verib.
Məlumata görə, bir neçə gün öncə Yelena adlı qadın siqaret çəkmək üçün eyvana çıxıb. O, pilotsuz uçan aparatını görcək əlinə düşən ilk şeyi götürüb ona tərəf atıb.
"Yəqin ki, qorxduğum üçün belə etdim. Qorxmuşdum. Bəs oradan mənə atəş açsalar nə olacaq! Heyif o pomidorlardan", - deyə Yelena bildirib.
O, həmçinin bildirib ki, aktiv döyüş əməliyyatlarına baxmayaraq, Kiyevdə qalmaq qərarına gəlib. Qadın məişət malları mağazasında işləyir və iki uşaq böyüdür.