Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ərdoğan: Türkiyə Suriya ilə bağlı öz planını həyata keçirməyə hazırdır

Ərdoğan: Türkiyə Suriya ilə bağlı öz planını həyata keçirməyə hazırdır

Tarix: 9 Sentyabr 2019 03:28

Bakı. Trend:

Sentyabr ayının sonuna qədər Suriyanın şimalında təhlükəsizlik bölgəsi yaradılması üzrə əməliyyatı başlamazsa, Türkiyə Suriya ilə bağlı öz planını həyata keçirəcəkdir.

Trend-in məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Malatya vilayətində deyib.

Ərdoğan qeyd edib ki, Türkiyə ilə ABŞ təhlükəsizlik zonası yaratmağı müzakirə etməyə davam edir, lakin hər mərhələdə Türkiyə ilə ABŞ-ın hədəflərinin fərqli olduğu aydın olur.

Qeyd edək ki, avqustun 7-də Türkiyə və ABŞ Suriyanın şimalında təhlükəsizlik zonası yaratmaq barədə razılığa gəliblər.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Ərdoğan Türkiyə Suriya ilə bağlı planını həyata keçirməyə hazırdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ