Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qırmızı soğan suyu haqqında bilmədikləriniz

Qırmızı soğan suyu haqqında bilmədikləriniz

Tarix: 8 Mart 2022 20:33

İyindən xoşunuz gəlmədiyi üçün daima özünüzdən uzaq tutduğunuz soğan suyunun faydaları haqqında nə bilirisiniz? Elmi araşdırmalar soğan suyunun orqanizmin müdafiə gücünü artırdığını, arterial təzyiqi aşağı sala bilmək qabiliyyətinə malik olduğunu sübut edib. Digər araşdırmalardan  sizlərə soğan suyunun faydaları haqqında bilmədiklərinizi yazmaq istəyirəm:
  1 ortaboy soğanın tərkibində 44 kkalori var.
Soğan suyu özünə yağ və xolesterolu çəkmir.
Soğan suyunun tərkibində protein, A, K, B qrup vitaminlər, kalsium, dəmir, maqnezium və selen var.
Qırmızı soğanın suyu zəhərlənmə və stresslə bağlı olan mədə problemlərini aradan qaldırır.
Laborator araşdırmalar düzənli şəkildə soğan suyu içən adamların gözlərində katarakt xəstəliyi riskininin çox az olduğunu təsdiqləmişdir.
2011-ci ildə "Qastroenteroloji" jurnalında yayımlanan məqalədə düzənli olaraq qırmızı soğan yeyən adamlarda xərçəng riskinin aşağı olduğu barədə məqalə yazılmışdır.
Bitkiləri araşdırmaqla məşğul olan mütəxəssislər qırmızı soğanın suyunda orqanizmin hüceyrələrini yeniləşdirmək qabiliyyəti olduğunu sübut etmişlər.
32 ölkədə aparılan araşdırmalar qırmızı soğanın prostat vəzi xərçənginə faydalı olduğunu meydana çıxarmışdır. Belə ki, yeməklərdə bol soğan istifadə edən ölkələrdə prostat vəzi xərçəngi riski az olduğu mütəxəssislər tərəfindən sübutunu tapmışdır. Məsələn, Honq Konq, Türkiyə və İranda prostat xərcəngindən əziyyət çəkən kişilərin


Etiketlər:  Qırmızı soğan suyu haqqında bilmədikləriniz


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ