Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Mart 2022 23:51
Gürcüstanın sabiq müdafiə naziri İrakli Okruaşvili bir dəstə gürcü könüllü ilə birlikdə Ukraynada Rusiya Silahlı Qüvvələrinə qarşı vuruşur.
Sonxeber.net Ukraynanın Müdafiə Nazirliyinə istinadən bildirir ki, sabiq müdafiə naziri, "Qalib Gürcüstan" Partiyasının sədri İ.Okruaşvilinin dediyinə görə, Ukraynada həm də Gürcüstanın taleyi həll olunur.
"Yəqin ağlıma da gətirə bilməzdim ki, 48 yaşımda Gürcüstanın azadlığı uğrunda Ukraynada əldə silah döyüşəcəyəm. Ukrayna-Polşa sərhədində uşaqların qorxmuş baxışlarını həyatımın sonuna qədər unudan deyiləm", - İ.Okruaşvili bildirib.
İ.Okruaşvilinin dəstəsində siyasətçi David Kasarava və bloqer Domenik Manqo da var.