Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qadınlar gününə həsr olunmuş musiqili hədiyyə... - VİDEO - FOTO

Qadınlar gününə həsr olunmuş musiqili hədiyyə... - VİDEO - FOTO

Tarix: 9 Mart 2022 17:36

Azərbaycan musiqi mədəniyyəti zəngin ənənələri və bu ənənələrin inkişafı ilə hər zaman göz önündə olmuşdur. Musiqi mədəniyyətimizin hər bir sahəsində olduğu kimi ifaçılıq sahəsi də peşəkarların sayəsində öz inkişafına nail olmuşdur. Bu sahələrin inkişafında onların icraçılarından əlavə təbliğatçılarının da rolu böyükdür. Müxtəlif konsert zalları, teatrların uğurlu fəaliyyəti vurğulanan ifaçıların musiqisevərlərlə bir araya gəlməsi və tanınmasında önəmlidir.

Azərbaycanlı musiqisevərlər bu illər ərzində keçirilən onlarla musiqi festivallarına şahid olmuş, bir-birindən gözəl musiqi nümunələrini dinləmək imkanını əldə etmişlər.

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası da bütün bu illər ərzində tamaşaçılarının bir-birindən dəyərli musiqiçilərlə tanış olmasında səbəbkar olmuş, onların musiqi zövqünün inkişafında əvəzsiz rol oynamışdır.

7 martM.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının kamera və orqan musiqi zalında "Gənclərə dəstək" adlı layihəsi çərçivəsində keçirilən Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının IV kurs tələbəsi, Beynəlxalq musabiqələr laureatı, BMA-nın kontratenor səs tembrinə malik ilk tələbəsi olan Tofiq Zeynalovun 8 Mart Beynəlxalq Qadınlar gününə həsr olunmuş "Barokko musiqisi axşamı" adlı solo konsertinin təşkili də gənc musiqiçilərə verilən dəyərin bariz nümunəsidir. 

Artıq altı ildir ki, "Gənclərə dəstək" layihəsi fəaliyyət göstərir. Fəaliyyəti ərzində onlarla musiqiçinin yaradıcılıq yoluna işıq saçmış, onları tamaşaçılara təqdim etmişdir.

Mən də bir müəllim kimi "Gənclərə dəstək" layihəsi çərçivəsində bir neçə sinif konserti təqdim etmiş, istedadlı şagird və təbələrimin solo konsertlərini keçirmişəm. Hər bir keçirilən konsert onun icraçısı üçün böyük önəm daşıyır. İstər müəllim, istərsə də onun yetirmələri konsertə hazırlıq ərəfəsində daha məhsuldar çalışır və yüksək nəticələr əldə etməyə müvəffəq olurlar. 

Qeyd etmək istərdim ki, tələbəm T.Zeynalovun "Barokko musiqisi axşamı" adlı solokonsertində qazandığı uğurgərgin zəhmətin nəticəsi kimi məni ruhlandırır və onun kimi zəhmətsevər, istedadlı musiqiçlərin inkişafında rol almağıma sövq edir.

Konsertin proqamı geniş olması, müxtəlif dilləri əhatələməsi , fərqli üslub və ifaçılıq texnikasını tələb etməsi ilə seçilirdi. 

Vurğulamaq istərdim ki, T.Zeynalov cəmi üç ildir ki, kontratenor səs tembri ilə təhsil alır. Belə qısa zaman çərçivəsində mürəkkəb texnikaya yiyələnməyə şücayət göstərmək fikrimcə təqdirə layiq haldır.

Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının müəllimi İlahə İsmayılovanın müxtəlif dövrləri əhatələyən əsərlərin üslub xüsusiyyətlətini qoruyub saxlamaqla müşayiət etməsi və vokal ifaçısı ilə ahəngdar bir surətdə səslənməsi çoxsaylı tamaşaçı tərəfindən də layiqincə qiymətləndirildi.

Konsertdə Q.F.Hendelin bir neçə operasından ariyalar, C.B.Perqolezi, K.V.Qlyuk, V.A.Motsart, R.Korsakov, F.Şubert və R.Şumanın əsərləri səsləndirildi.

Gənc azərbaycanlı bəstəkar Toğrul Salmanovun Rafiq Odayın sözlərinə bəstələdiyi "Bu gecə"romansı isə konsertin son musiqi nümunəsi kimi maraqlı təfsirlə tamaşaçıların rəğbətini qazana bildi. 

Bir müəllim kimi hər bir şagird və tələbəmin uğuru ilə fəxr edir, vətəndaş kimi az da olsa həmvətənlərimin inkişafındakı əməyimin varlığı ilə sevinc hissi yaşayıram.

Hər əkilən fidan gələcəyin cənnət qoxusudur...

Əməkdar artist, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Ü.Hacıbəyli adına BMA-nın baş müəllimi İlham Nəzərov


Etiketlər:  Qadınlar gününə həsr olunmuş musiqili hədiyyə VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ