Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bayden benzinin qiymət artımını dayandıra bilmir

Bayden benzinin qiymət artımını dayandıra bilmir

Tarix: 9 Mart 2022 23:14

ABŞ Prezidenti Bayden Ukraynada vəziyyətlə bağlı martın 8-də televiziya vasitəsilə Amerika xalqına müraciətində bəyan edib ki, Birləşmiş Ştatların Rusiya əleyhinə tətbiq etdiyi sanksiyalar fonunda sadə amerikalılar üçün benzinin qiymət artımı davam edəcək.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Ağ ev başçısının sözlərinə görə, administrasiya bu vəziyyətdə hələlik heç nə edə bilmir. O, benzinin qiymətinin belə sıçrayışına görə məsuliyyəti Rusiya üzərinə qoyub. ABŞ Konqresində respublikaçıların Rusiya əleyhinə sanksiyaların tətbiqinə və Rusiya neftinin idxalına qadağa qoyulmasına sevinmələrinə baxmayaraq, onlar alternativ təqdim etmədiyinə görə də Prezidenti tənqid ediblər. Respublikaçılar təsdiqləyirlər ki, Baydenin hər iki variantı ola bilər. Yəni o, həm Rusiya neftinin əleyhinə sanksiyalar tətbiq edə və ölkədə daxili hasilatın artması hesabına benzinin bahalaşmasının qarşısını ala bilər.

Birləşmiş Ştatlarda bir qallon adi benzinin ölkə üzrə orta qiyməti son həftələr ərzində artdıqdan sonra inflyasiya nəzərə alınmadan 4,173 dollara çatıb. Bu, yeni rekorddur, çünki ötən ayla müqayisədə qiymət orta hesabla təqribən 72 sent artıb.

Milli.Az


Etiketlər:  Bayden benzinin qiymət artımını dayandıra bilmir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ