Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bolqarıstan parlamentində Xocalı soyqırımı ilə bağlı Bəyannamə qəbul edildi

Bolqarıstan parlamentində Xocalı soyqırımı ilə bağlı Bəyannamə qəbul edildi

Tarix: 11 Mart 2022 18:27

Xocalı soyqırımı ilə bağlı Bolqarıstan Respublikasının parlamentində Bəyannamə qəbul edilib.

Bu barədə Azərbaycanın Bolqarıstandakı Səfirliyindən məlumat verilib.

Bildirilib ki, 10 mart 2022-ci il tarixində Bolqarıstan Respublikasının Xalq Məclisində Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar Bəyannamə qəbul olunub.

Bəyannamədə Xocalı qətliamı nəticəsində qətlə yetirilmiş 613 nəfər, həmçinin, mindən çox yaralanmış və itkin düşmüş şəxslərin xatirəsi ehtiramla anılır və baş vermiş kütləvi qırğın qətiyyətlə pislənilir.


Etiketlər:  Bolqarıstan parlamentində Xocalı soyqırımı ilə bağlı Bəyannamə qəbul edildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ