Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yumurta alanda bunlara DİQQƏT EDİN - VİDEO

Yumurta alanda bunlara DİQQƏT EDİN - VİDEO

Tarix: 12 Mart 2022 15:36

Novruz bayramı yaxınlaşdıqca yumurta satışı da artır. Bu da təsadüfi deyil. Çünki, Novruzda bişirilən şirniyyatların əksəriyyətində bu məhsuldan istifadə olunur. Ancaq yumurtanın da öz saxlanma müddəti və şəraiti var. 

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, bazarda üzərində saxlanma müddətini bildirən möhür vurulmayan kifayət qədər yumurta var. Satıcıların sözlərinə görə, belə yumurtalar əsasən kənddən gətirilir. Gündəlik çatdırıldığı üçün onları möhürsüz də sata bilirlər.

Nəzərə alsaq ki, yumurta tez xarab ola bilən məhsuldur, demək ki, onu alarkən diqqətli olmaq lazımdır. Çünki yumurtanın təzəliyini görünüşünə görə ayırd etmək çətindir. 

Qida Təhlükəsizliyi Agetliyinin mütəxəssisi Rəşad Sarıyev deyir ki, bəzən sahibkarlar köhnə yumurtaların üzərindəki tarixi dəyişib yenidən bazara çıxarırlar. Ancaq həmin yumurtaların da istifadəyə yararlı olub-olmadığını öyrənmək mümkündür. 

Agentlik nümayəndəsi bildirir ki, üzərində möhür olmayan yumurtaların satışı qanunla qadağandır. Bu normativləri pozan fiziki şəxslər 350 manatdan 5 yüz manatadək, vəzifəli şəxslər 1500 manatdan 2500 manatadək, hüquqi şəxslər isə4 min manatdan 6 min manatadək məbləğdə cərimə edilir.Kənd yumurtalarına gəlincə isə, bu məhsullar baytarlıq şəhadətnaməsi və daşınma sənədi ilə birgə bazara çıxarıla bilər. Mütəxəssis həmçinin yol kənarlarında, açıq şəkildə və temperatur rejiminin qorunmadığı yerlərdə satılan yumurtaların alınmasını tövsiyə etmir.

Milli.Az


Etiketlər:  Yumurta alanda bunlara DİQQƏT EDİN VİDEO


RƏYLƏR