Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Mart 2022 15:56
Pakistan polisi ilk övladının oğlan olmasını istədiyi üçün yeddi günlük qızını güllələməkdə şübhəli bilinən şəxsi həbs edib.
Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, Mərkəzi şəhərinin polisi bildirib ki, urdu dilində "cənnət" mənasını verən yeni doğulmuş Cənnətə bir neçə dəfə atəş açılıb. Pakistanın bəzi bölgələrində qəbilə adətlərinə görə yeni doğulmuş qız uşaqları kişi cinsinə qarşı təhqir hesab edilir.
Polis məmuru İnam-ur-Rəhman açıqlamasında şübhəlinin yaxınlıqdakı ərazidə həbs edildiyini söyləyib.
İnsan haqları qrupları Pakistanda qızların və qadınların müxtəlif səbəblərdən mütəmadi olaraq zorakılığa məruz qaldığını bildirir.