Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Aprel 2019 14:00
Fransa və Almaniya akkumulyator batareyalarının istehsalı üzrə trassərhəd konsorsiumu üçün dövlət subsidiyalarına icazə verilməsi ilə bağlı Avropa Komissiyasına müraciət ediblər. Konsorsiuma Almaniyanın “Opel” törəmə şirkəti ilə birgə “PSA” avtomobil istehsalçısı və Fransanın “Total” qrupuna daxil olan “Saft” şirkəti üzv olacaqlar.
“ICTnews” Elektron Xəbər Xidməti “IXBT” resursuna istinadən yazır ki, hər iki ölkənin İqtisadiyyat nazirlikləri Avropa İttifaqının icraedici orqanına alyansın yaradılması və maliyyələşdirilməsi üçün icazənin mümkün qədər tez verilməsi ilə bağlı niyyət məktubu ünvanlayıb. Dövlətlər tərəfindən planlaşdırılan maliyyə dəstəyinin məbləği hələ ki məlum deyil.
Bir müddət əvvəl isə ölkələr Avropanın avtomobil istehsalçılarının Asiya tədarükçülərindən asılılığının azaldılması məqsədilə elektromobillər üçün akkumulyator batareyalarının istehsalını planlaşdıran bir neçə şirkətin dəstəklənməsinə 1,7 milyard avro ayırıblar.
Nizam Nuriyev