Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Mart 2022 18:54
18:52
Ukraynada həyatını itirən amerikalı jurnalist Brent Reno "The New York Times" qəzetində işləmir.
Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə nəşrin nümayəndəsi Kliff Levi tviterdə məlumat verib.
"Amerikalı jurnalist Brent Renonun Ukraynada vəfatı xəbərindən çox kədərləndik. Brent istedadlı fotoqraf və kinorejissor idi, lakin o, "New York Times" qəzeti tərəfindən Ukraynaya ezamiyyətə göndərilməyib", - o yazıb.
Onun sözlərinə görə, təqdim edilən akkreditasiya kartı uzun illər əvvəl Renoya verilib.
--------
17:50
Bu gün Kiyev vilayətinin İrpin şəhərində dünyaca məşhur "New York Times" mediasının 51 yaşlı müxbiri güllələnib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Milli Polisin Kiyev vilayəti üzrə Baş İdarəsinin rəisi Andrey Nebitov məlumat verib.
O, deyib ki, daha bir jurnalist yaralanıb:
"Əlbəttə, jurnalist peşəsi risklər ehtiva edir, lakin ABŞ vətəndaşı Brent Renaud rus ordusunun hiyləsini, qəddarlığını və amansızlığını işıqlandırmaq cəhdini həyatı ilə ödədi".
Bu arada başqa bir amerikalı jurnalist yaralanıb və ona tibbi yardım göstərilir. O, həmkarının öldüyünü hələ bilmir.