Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Mart 2022 20:27
Rusiya Krım yarımadasında gizli səfəbərlik aparır.
Sonxeber.net TSN-ə istinadən bildirir ki, Ukrayna Prezidentinin Krım Muxtar Respublikasındakı daimi nümayəndəsi Anton Korineviçin dediyinə görə, 2014-cü ildən sonra Rusiyadan qanunsuz olaraq Krıma köçürülən şəxslərlə yanaşı, Ukrayna vətəndaşları da Rusiya ordusu sıralarına çağırılır.
Krımın Cankoy, Simferopol, Feodosiya, Armyansk, Krasnoperekopsk və s. şəhərlərində xəstəxanalar pasiyent qəbulunu dayandıraraq hərbi hospitallara çevrilirlər.