Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Rusiyanın ərazi iddiaları qəbuledilməzdir'' - Jovkva

''Rusiyanın ərazi iddiaları qəbuledilməzdir'' - Jovkva

Tarix: 15 Mart 2022 08:03

Ukrayna Prezidentinin ofisinin rəhbərinin müavini İqor Jovkva iddia edir ki, ölkəsi Rusiya ilə danışıqlarda gələcək çün təhlükəsizliyə təminat əldə edir.

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu barədə o, Almaniyanın ARD telekanalının efirində bildirib.

"Biz bu vəziyyətin daha heç vaxt təkrarlanmasını istəmirik", - deyə Jovkva bildirib.

Onun sözlərinə görə, Moskva ilə danışıqlar zamanı hərbi əməliyyatların dayandırılmasından sonra Ukrayna üçün mümkün sülh razılaşması, təhlükəsizliyin təmin edilməsi ilə bağlı fikirlər səsləndirilib.

İqor Jovkva bildirib ki, danışıqlar zamanı Rusiyanın ərazi iddialarıqəbuledilməzdir.

O, hesab edir ki, digər maddələrlə bağlı müzakirələr aparmaq olar.


Etiketlər:  Rusiyanın ərazi iddiaları qəbuledilməzdir Jovkva


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ