Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiya şəkər və taxıl ixracına qadağa qoydu

Rusiya şəkər və taxıl ixracına qadağa qoydu

Tarix: 15 Mart 2022 08:14

Rusiyanın baş naziri Mixail Mişustin Avrasiya İqtisadi İttifaqı ölkələrinə taxıl və üçüncü ölkələrə şəkər ixracına müvəqqəti qadağa qoyulması haqqında fərman imzalayıb.

Bu barədə Rusiya nazirlər kabinetinin mətbuat xidməti məlumat yayıb.

Taxıl üzrə məhdudiyyətlər iyunun 30-dək, şəkərlə bağlı isə 2022-ci il avqustun 31-dək qüvvədə olacaq. Taxıl qadağası buğda, çovdar, arpa və qarğıdalıya şamil edilir.

Bununla belə, sənədə əsasən bir sıra istisnalar nəzərdə tutulur. Belə ki, bu məhsulların Rusiyadan ixracı, o cümlədən humanitar yardımın göstərilməsi üçün, eləcə də beynəlxalq tranzit daşımaları çərçivəsində mümkün olacaq.


Etiketlər:  Rusiya şəkər taxıl ixracına qadağa qoydu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ