Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Moskva sakini 13 milyonu zibil qutusuna atdı

Moskva sakini 13 milyonu zibil qutusuna atdı

Tarix: 15 Mart 2022 09:20

Moskvalı sahibkar evindəki zibillə birlikdə 13 milyon rublu (təxminən 181 min manat) da məişət tullantıları qutusuna atıb.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, o, bu vəsaiti krediti ödəmək məqsədilə banka aparmaq üçün ayırıb.

Dmitri adlı şəxsin sözlərinə görə, pulun olduğu paket səhvən zibil qabına düşüb. O, zibil qabını binanın önündəki məişət tullantıları qutusuna boşaltdıqdan sonra evinə qayıdıb. Yalnız üç saatdan sonra anlayıb ki, çoxmilyonluq əmanətləri zibil qutusuna atıb.

Dmitri geri qayıtsa da, pul paketini orada tapa bilməyib.

Hadisədən sonra rusiyalı polisə müraciət edib. Hazırda polis hadisənin başvermə şəraitini araşdırır.


Etiketlər:  Moskva sakini milyonu zibil qutusuna atdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ