Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Mart 2022 12:44
Rusiya Silahlı Qüvvələri Ukraynanın Xerson vilayətini tam ələ keçirərək nəzarət altına alıb.
Sonxeber.net "Report"a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, vilayətin mərkəzi olan Xerson şəhərində dinc sakinlər işğalçı qüvvələrə qarşı mütəmadi şəkildə kütləvi etiraz aksiyaları keçirirlər.
Həmçinin daha öncə Xerson vilayətinin prokurorluğu Rusiyanın Xerson vilayətində qondarma respublika yaratmaq niyyətində olduğunu bildirmişdi.