Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Mart 2022 11:56
Rus əsgərləri Zaporojye və Çernobıl AES-dən hərbi baza kimi istifadə edirlər.
Sonxeber.net UNİAN-a istinadən bildirir ki, bunu "Enerqoatom"un rəhbəri Petr Kotin deyib.
"Yalnız orada (Zaporojye AES-də) artıq altı enerji bloku və həddən artıq çox nüvə materialı var. Hər bir reaktorda nüvə tam olaraq yanacaqla yüklənir və hər bir enerji blokunda işlənmiş nüvə yanacağının saxlanması üçün hovuz var", - o qeyd edib.
"Rus əsgərlərin bu materialla nə edəcəyini ancaq Allah bilir. Hər şeyi indiki formada qoysalar, pis heç nə olmayacaq. Hələlik onlar bizim şəxsi heyətin işinə mane olmurlar", - Kotin əlavə edib.
Eyni zamanda o qeyd edib ki, Zaporojye AES daha çox qorunur:
"Əgər siz ora güllə atsanız, yanacaq elementlərinə çatmazdan əvvəl bir neçə maneəni aşmalısınız, yalnız onda radiasiya qəzası törədiləcək. Anbara bircə dəfə mərmi ilə vursanız, bu radioaktiv materialları havaya buraxacaqsınız. Vəziyyət pisdir. Onların AES-in bilavasitə yaxınlığında döyüş sursatı partlatması faktı, ümumiyyətlə, "Qumbaralı meymun"u xatırladır. Başqa söz tapa bilmirəm".
Aslan Məmmədov