Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Mart 2022 18:20
Artıq qida məhsullarının üzərində belə yazıların yapışdırılması qadağan ediləcək. Qida Təhlükəsizliyi Agentliyinin hazırladığı yeni qanun layihəsində bu qərar əksini tapıb. Qurumun aparat rəhbəri Elxan Mikayılov deyir ki, layihədə iki tələb xüsusi əhəmiyyət kəsb edir. Bunlardan biri məhsulunun üzərində ona məxsus olmayan qida xüsusiyyətlərinin göstərilməməsidir.
Sonxeber.net Xəzər TV-yə istinadənn xəbər verir ki, qida eksperti Ağa Salamovda qida məhsullarının üzərinə bu cür etiketlərin yapışdırılması doğru hesab etmir. Çünki, bu, müxtəlif xəstəliklərdən əziyyət çəkən insanların həyatı üçün təhlükə yarada bilər.
Psixoloq Esmira Qafarova isə deyir ki, məhsullar üzərində "pəhriz", "müalicəvi" kimi sözlərin yazılması insanların şüuraltına təsir etmək məqsədi daşıyır.
Psixoloqun fikrincə qida məhsullarının üzərindəki şəkillərə də nəzarət edilməlidir. Çünki son vaxtlar bəzi un məmulatlarının üzərinə çəki ilə əlaqədar fotolar vurulur.