Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Mart 2022 23:20
"Amerika Birləşmiş Ştatları (ABŞ) Ukraynada vəziyyətin gərginləşməsinin qarşısını almaq üçün Çinlə dialoqu davam etdirməyə hazırdır".
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Co Bayden Çin sədri Si Cinpinlə söhbətində bildirib.
"Tərəflər Ukraynadakı mövcud vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar. Prezident Bayden Amerika tərəfinin mövqeyini açıqlayıb və vəziyyətin gərginləşməsinin qarşısını almaq üçün Çinlə əməkdaşlığa hazır olduğunu bildirib", - deyə Çin Xarici İşlər Nazirliyinin məlumatında bildirilib.
Si Cinpin bildirib ki, Pekin həmişə sülhün tərəfdarı olub və müharibəyə qarşıdır.