Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Mart 2022 16:18
Rusiya Federasiyası ilə sülh danışıqları bir neçə həftə çəkə bilər.
Sonxeber.net bildirir ki, bunu "Bloomberg" agentliyinə müsahibəsində Ukrayna prezident aparatının rəhbərinin müşaviri Mixail Podolyak deyib.
"Rusiya ilə sülh danışıqları ən azı bir neçə həftə davam edə bilər, baxmayaraq ki, Moskvanın mövqeyinin "daha adekvat" olmasına dair əlamətlər var", - Podolyak bildirib.
Onun sözlərinə görə, baxılan məsələlər arasında atəşkəs, Rusiya qoşunlarının çıxarılması və təhlükəsizlik təminatları var.
Podolyak həmçinin deyir ki, Rusiya "Əfqan ssenarisi" ilə müharibə aparır. Onun sözlərinə görə, Rusiyanın taktikası "böyük şəhərləri mühasirəyə almaq və qanadlı raketlər və hava bombaları ilə bombardman etməkdir".
Aslan Məmmədov