Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Mart 2022 23:06
"ABŞ Prezidenti Co Bayden gələn həftə Avropaya səfəri çərçivəsində Ukraynaya səfər etməyi planlaşdırmır".
Sonxeber.net APA-ya istinadən bildirir ki, bunu CNN telekanalına müsahibəsində ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild deyib.
"Mən bildiyimə görə, belə plan yoxdur. Prezident Avropaya bizim tərəfdaşlarımız və müttəfiqlərimizlə görüşə gedir. Mən Prezidentin Ukraynaya səfəri ilə bağlı heç bir müzakirə görmədim".
Ağ Evin mətbuat katibi Cen Psaki də Baydenin Ukraynaya səfəri planının olmadığını deyib.
"Biz bu gün Prezidentin Avropaya səfərinin əlavə təfərrüatlarını açıqlayacağıq. Səfər Ukrayna xalqına dəstək üçün dünyanı birləşdirməyə davam etməyə həsr olunacaq. Lakin Ukraynaya səfər etmək planı yoxdur", - deyə Psaki "Twitter" səhifəsində bildirib.