Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Mart 2022 09:48
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Fövqəladə Liderlər Zirvə Toplantısı üçün Belçikanın paytaxtı Brüsselə gedib.
Sonxeber.net "Qafqazinfo"ya istinadən xəbər verir ki, Ərdoğan qalacağı otelin qarşısında sevgi nümayişi ilə qarşılanıb.
Prezident Rəcəb Tayyib Ərdoğan həyat yoldaşı Əminə Ərdoğan, xarici işlər naziri Mövlud Çavuşoğlu, müdafiə naziri Hulusi Akar, Kommunikasiyalar direktoru Fahrettin Altun və Prezidentin sözçüsü İbrahim Kalın ilə birlikdə Brüsselə gedib.
Prezident Ərdoğan onu gözləyən vətəndaşlarla selfi çəkdirib.