Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şarl Mişel yenidən Avropa İttifaqı Şurasının prezidenti seçilib

Şarl Mişel yenidən Avropa İttifaqı Şurasının prezidenti seçilib

Tarix: 24 Mart 2022 22:39

Şarl Mişel yenidən Avropa İttifaqı Şurasının prezidenti seçilib.

Sonxeber.net din.az-a istinadən bildirir ki, bu barədə Brüsseldə keçirilən Avropa İttifaqının sammitinin bəyanatında deyilir.

Onun səlahiyyət müddəti 30 noyabr 2024-cü il tarixədək davam edəcək.

Qeyd edək ki, 1999-cu ildə 23 yaşlı Şarl Mişel Belçika parlamentinin ən gənc deputatı olub. O, Belçikada 2014-cü ildə hökumət koalisiyasında ali vəzifəni tutandan əvvəl partiya lideri və Nazirlər Kabinetinin rəhbəri olub.

2019-cu il iyulun 2-də Brüsseldə Avropa İttifaqının sammitində Şarl Mişel ilk dəfə Şuranın Prezidenti olub. Dekabrın 1-də o, növbəti 2 ilyarım üçün vəzifəsinin icrasına başlayıb.


Etiketlər:  Şarl Mişel yenidən Avropa İttifaqı Şurasının prezidenti seçilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ