Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Polis əməliyyat keçirdi, saxlanılanlar var - VİDEO - FOTO

Polis əməliyyat keçirdi, saxlanılanlar var - VİDEO - FOTO

Tarix: 25 Mart 2022 12:02

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib.

Milli.Az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı narkotik vasitələrin əldə etməsi, saxlaması və daşımasında şübhəli bilinən Bakı şəhər sakinləri Mais Alməmmədov, İlkin İbrahimov və Vahid Allahverdiyev saxlanılıblar. Həmin şəxslərin üzərlərinə və M.Alməmmədova məxsus avtomobilə baxış keçirilən zaman külli miqdarda narkotik vasitə olan heroin, marixuana və psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülüb.

Bundan başqa M.Alməmmədova məxsus avtomobilə baxış zamanı 2 ədəd qatlanan cib bıçağı aşkarlanıb.

Araşdırmalar zamanı məlum olub ki, hər üç şəxs Qubaya istirahət etmək məqsədi ilə gəliblər.

Faktla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə həmin şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

Milli.Az


Etiketlər:  Polis əməliyyat keçirdi saxlanılanlar VİDEO FOTO


RƏYLƏR