Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Mart 2022 15:30
Alman ekspertlər Ukrayna ətrafındakı vəziyyət və antirusiya sanksiyaları səbəbindən 2022-ci ildə ölkədə iqtisadi vəziyyətin pisləşəcəyini proqnozlaşdırıb.
Sonxeber.net axar.az-a istinadən məlumat verir ki, İqtisadi Tədqiqatlar İnstitutu ölkənin biznes mühitində qiymətlər və işsizlik səviyyəsi, müxtəlif makroiqtisadi göstəricilərin artım dinamikası və s. ilə bağlı yeni araşdırma aparıb.
Nəticədə qurum bu ilki iqtisadi mühitin meyarını 98,5-dən 90,8-ə endirib. Verilən proqnozun nəticəsi isə minimum şəkildə ən azı qarşıdakı altı ayı əhatə edir. Vəziyyətin pisləşməsi isə təchizat halqasının pozulması və logistika problemləri ilə bağlıdır. Məlumatda müəssisələrin üçdə ikisinin artıq qiymətləri qaldırmağa hazır olduğu qeyd olunub.