Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Mart 2022 21:06
İnsan vücudunun böyük hissəsini su təşkil edir, su həyatdır, yaşamamız üçün labüd bir vasitədir, insan yemək yemədən müəyyən müddət qala bilər, amma susuz qala bilməz. Buna görə də bədənimizin gündəlik su ehtiyacını ödəməyə çalışmalıyıq, amma bəzi sevdiyimiz vərdişlər bizi su içməkdən uzaqlaşdırır.
Sonxeber.net aztibb.az-a istinadən bildirir ki, nefroloq Barat Yusubov bu vərdişlərimiz haqqında paylaşım edib.
Həkimin sözlərinə görə, çay, qəhvə kimi içkiləri çox içmək, su içməyimizə mane ola bilər: "Normadan çox çay, qəhvə istəyiriksə, özümüzə bir qayda qoyub, hər içdiyimiz çay və ya qəhvədən sonra bir bardaq su içmədən ikinci çay və ya qəhvəni içməməliyik".
B.Yusubov bildirib ki, evimizə qonaq gəldiyində, qonağa su təklif etmək sanki ona hörmətsizlik kimi düşünüb, ona da çay və ya qəhvə veririk.
"Ən azından qonağımız üçün açdığımız çay və ya qəhvə süfrəsində su da qoyaq və onlarla bərabər su içək", - deyə nefroloq qeyd edib.
Bəzi insanlar suyun dadsızlığa alışmadığından onu içmək istəmir. Bu halda suya limon dilimi, ətirli ot və ya darçın əlavə edərək, suyu daha dadlı edib içmək olar.