Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Siqaret asılılığına səbəb olan hüceyrə tapıldı

Siqaret asılılığına səbəb olan hüceyrə tapıldı

Tarix: 29 Mart 2022 02:03

Siqaret asılılığına səbəb olan hüceyrə tapıldıAraşdırmaçılar siqaret asılılığını yaradan səbəblər üzündə uzun zamandır işləyir.

Son aparılan araşdırma isə, işlərin sona yaxınlaşıldığını göstərir. Alimlər beyində nikotinə reaksiya verən bir hüceyrə qrupunun olduğunu kəşf etdi.

Rokefeller Universitetinin alimləri, sağlamlığa istiqamətli ən böyük təhdidlərdən birini ortadan qaldırmağa çalışır. Araşdırmaçılar, nikotinə reaksiya verən kiçik bir beyin hüceyrəsi qrupunun olduğunu dedi və etdikləri işin siqaret asılılığını yox edə biləcəyini açıqladı.

ABŞ-lı elm adamları, apardıqları bu araşdırma ilə asılılığın altında yatan səbəbi göstərə biləcəklərini söyləyir. Bundan əlavə, asılılıq müalicəsi ilə əlaqədar qatqı təmin edə biləcəyi düşünülən bu araşdırmaya görə, beynimizdə olan kiçik bir qrup hüceyrənin nikotinə reaksiya verməsini təmin edən bir mexanizm var.

Elm insanları işlərində orta beyində olan və maddə asılılığı ilə əlaqəli olduğu bilinən iki bölgəyə diqqət yetirdi. Nikotinin qana qarışmasından sonra beynə çatdırıldığında yapışdığı alıcıların da bu bölgədə olduğu tapıldı. İş ABŞ Tibb Jurnalı Milli Elm Akademiyası Məlumatları kitabında (PNAS) nəşr olundu.


Etiketlər:  Siqaret asılılığına səbəb olan hüceyrə tapıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ