Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Peyvənd olunanların sayı açıqlanıb

Peyvənd olunanların sayı açıqlanıb

Tarix: 29 Mart 2022 16:42

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 18 957 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən xəbərə görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1031, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2475, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 14568, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 883 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 425 032, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 322 427, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 821 276, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 054 089, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 227240 nəfər təşkil edir.


Etiketlər:  Peyvənd olunanların sayı açıqlanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ