Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Mart 2022 21:24
Alimlər brokkolidə kovid infeksiyasına qarşı effektiv təsirli maddə aşkarlayıb.
Sonxeber.net bakupost.az-a istinadən xəbər verir ki, bu kəşfi Cons Hopkins universitetinin alimləri edib.
Brokkolidə olan sulforafan adlı orqanik birləşmə, virusun orqanizmdə yayılmasını və hüceyrə qatına keçməsinin qarşısını alır.
Pandemiya dövründə alimlər sulforafanın antikoronavirus effektini də laborator sınaqlardan keçirib.
Siçanlar üzərində təcrübə göstərib ki, bu maddə həqiqətən kovidə qarşı təsir edir. Brokkolini koronavirusa yoluxmamaq və profilaktika məqsədlə istifadə etmək olar.
Belə ki, hər kq çəkiyə 30 milliqram sulforafan qəbul edən siçanlarda virus yükü 17%, ağciyərlərdə virus 10%, tənəffüs yollarında 9% azalmış, bu heyvanlar koviddən ağırlaşmamışdır.
Sulforafan ağciyərlərin iltihabını azaltmış, immunitetin hiperaktiv reaksiyasının qarşısını almışdır.