Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda yüksək vəzifəli məmur kobud şəkildə qaydanı pozdu - VİDEO

Bakıda yüksək vəzifəli məmur kobud şəkildə qaydanı pozdu - VİDEO

Tarix: 31 Mart 2022 07:16

Bakıda qaydaları kobud şəkildə pozan dövlət məmuru cərimələnib.

Sonxeber.net  xəbər verir ki, bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən Avtosfer.az-a məlumat verilib.

Belə ki, 10-GY-555 qeydiyyat nişanlı "BMW" markalı avtomobilin sürücüsü Ziya Bünyadov prospektində yolun əksi istiqamətində hərəkət etdiyi üçün məsuliyyətə cəlb edilib. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə 4 bal 100 manat məbləğində protokol tərtib olunub.

Xatırladaq ki, 10-GY-555 qeydiyyat nişanlı "BMW X7" markalı avtomobil Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) İdarə Heyətinin sədrinin müavini, həmçinin həmin Agentliyin Müşahidə Şurasının sədri vəzifəsində çalışan Çingiz Qədimova məxsusdur.


Etiketlər:  Bakıda yüksək vəzifəli məmur kobud şəkildə qaydanı pozdu VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ