Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Mart 2022 16:14
İrpenə daxil olan Rusiya ordusunun hərbçiləri məşhur uşaq boks məşqçisi Aleksey Djunkivskini öldürüblər.
Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Boks Federasiyası məlumat yayıb.
Mərhumun yaxınlarının dediyinə görə, A.Djunkivski məşq zamanı idman zalında güllələnib.
Qeyd edək ki, Aleksey Djunkivski 4 dəfə hərbi qulluqçular arasında dünya çempionatının qalibi olub.
Karyerasını başa vurduqdan sonra uşaq məşqçisi olub və bir çox məşhur boksçular yetişdirib.
Məktəblilər arasında 2016-cı il Avropa çempionu Oleq Laquta və 2015-ci il Avropa çempionatının gümüş mükafatçısı Vladislav Marçuk da onun yetirmələridir.