Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məşhur ukraynalı siyasətçinin əri müharibədə həlak oldu

Məşhur ukraynalı siyasətçinin əri müharibədə həlak oldu

Tarix: 1 Aprel 2022 10:08

Ukrayna Ali Radasının deputatı, Ukrayna Baş nazirinin Avropa və Avro-Atlantik inteqrasiyası üzrə müavini Olqa Stefanşinanın həyat yoldaşı ölkədə davam edən hərbi əməliyyatlar nəticəsində həlak olub.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə Olqa Stefanşina öz "Facebook" səhifəsində məlumat yayıb.

Siyasətçi qeyd edib ki, əri Çerniqov vilayətində Rusiya Silahlı Qüvvələrinin atəşinə məruz qalaraq həyatını itirib.

"O, insanları xilas etməyə çalışırdı. Övladlarımın yanında olacam, əlaqəyə çıxa bilməyəcəm. Mənim üçün çox ağırdır", - Olqa Stefanşina yazıb.


Etiketlər:  Məşhur ukraynalı siyasətçinin əri müharibədə həlak oldu


RƏYLƏR