Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Soyuducudan çıxıb canlı yayıma qatıldı - VİDEO

Soyuducudan çıxıb canlı yayıma qatıldı - VİDEO

Tarix: 1 Aprel 2022 20:44

Serbiya Prezidenti Aleksandr Vuçiç canlı yayımlanan televiziya proqramına soyuducudan çıxaraq qatılıb.

Sonxeber.net "Qafqazinfo"ya istinadən xəbər verir ki, yerli "Pink TV"də yayımlanan verilişə əlində turşu bankası ilə çıxıb.

Seçki kampaniyasında sonuncu çıxışını edən Vuçiç alqışlarla qarşılanıb.

"Hər kəs məndən elə bezib ki, soyuducunu açsa, içindən mənim çıxacağımı zənn edirlər", - Serbiya Prezidenti qeyd edib.

Qeyd edək ki, bu ssenari Vuçiçin seçki kampaniyası çərçivəsində yayımlanan reklam videosu əsasında hazırlanıb. Belə ki, reklam videosunda gənc bir ailənin soyuducusundan ölkənin prezidenti - Vuçiç çıxır.


Etiketlər:  Soyuducudan çıxıb canlı yayıma qatıldı VİDEO


RƏYLƏR