Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

DÇ-2022-nin final mərhələsinin püşkü atıldı

DÇ-2022-nin final mərhələsinin püşkü atıldı

Tarix: 1 Aprel 2022 21:22

Bu gün futbol üzrə 2022-ci il dünya çempionatının püşkatma mərasimi keçiriləcək.

Milli.Az matc.az-a istinadən bildirir ki, Qətərin paytaxtı Dohadakı tədbirə Bakı vaxtı ilə saat 20:00-da start veriləcək.

Püşkdən öncə milli komandalar səbətlərə bölünüb. Ev sahibi Qətərlə yanaşı, daha 7 yığma birinci səbətdə yer alıb.
 
Mərasimdə püşkü dünya futbolunun tanınmış simalarının da yer aldığı 8 veteran oyunçu çəkəcək. Onların arasında İran millisinin Azərbaycan əsilli sabiq hücumçusu Əli Daei də var. Digər 7 nəfər isə Adel Ahmed Malallah (Qətər), Bora Milutinoviç (Serbiya), Kafu (Braziliya), Cey-Cey Okoça (Nigeriya), Lotar Matteus (Almaniya), Rabah Macer (Əlcəzair) və Tim Keyhil (Avstraliya) kimi keçmiş futbolçulardır.
 
Dünya çempionatının təqvimi matçların stadionları və başlama saatları bilinəndən sonra təsdiqlənəcək.
 
Hazırda mundialın final mərhələsinin 29 iştirakçısı məlumdur. Pley-of mərhələsində daha 3 komandanın adına iyunda aydınlıq gələcək.
 
Avropa zonası üzrə Şotlandiya - Ukrayna oyununun qalibi finalda Uelslə üz-üzə gələcək. Birləşmiş Ərəb Əmirlikləri / Avstraliya cütünün qalibi Peru ilə, Yeni Zelandiya isə Kosta-Rika ilə görüşəcək.
 
DÇ-2022 noyabrın 21-dən dekabrın 18-dək təşkil olunacaq.
 A qrupu
Qətər
Ekvador
Seneqal
Niderland
 
B qrupu
İngiltərə
İran
ABŞ
3-cü pley-offun qalibi
 
C qrupu
Argentina
Səudiyyə Ərəbistanı
Meksika
Polşa
 
D qrupu
Fransa
1-ci pley-offun qalibi
Danimarka
Tunis
 
E qrupu
İspaniya
2-ci pley-offun qalibi
Almaniya
Yaponiya
 
F qrupu
Belçika
Kanada
Mərakeş
Xorvatiya
 
G qrupu
Braziliya
Serbiya
İsveçrə
Kamerun
 
H qrupu
Portuqaliya
Qana
Uruqvay
Cənubi Koreya

Milli.Az


Etiketlər:  2022 nin final mərhələsinin püşkü atıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ